İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər tutaraq qərara
alır:
İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1998, № 6, maddə 364; 2005, № 6, maddə 466; 2006, №
12, maddə 1005; 2007, № 10, maddə 938; 2011, № 3, maddə
162; 2012, № 11, maddə 1051; 2017, № 3, maddə 345; 2019,
№12, maddə 1881) aşağıdakı dəyişikliklər
edilsin:
1. 13-2-ci maddə üzrə:
1.1. maddənin adında ehtiyatında sözündən sonra
və ya informasiya-telekommunikasiya şəbəkəsində
sözləri əlavə edilsin;
1.2. 13-2.3-cü maddədə sahibi sözündən sonra və
ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi
sözləri, ehtiyatında sözündən sonra
(informasiya-telekommunikasiya şəbəkəsində) sözləri
əlavə edilsin;
1.3. Aşağıdakı məzmunda 13-2.3.10-1-ci maddə
əlavə edilsin:
13-2.3.10-1. insanların həyat və
sağlamlığına zərər vurulması, əhəmiyyətli
əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin
kütləvi şəkildə pozulması, həyat təminatı
obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye,
energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin
pozulması və ya başqa ictimai təhlükəli nəticələrin
baş verməsi təhdidini törədən yalan məlumatlar;.
2.
13-4-cü maddənin mətnində provayderlər sözündən
sonra , həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin
istifadəçiləri sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 mart 2020-ci il
№ 30-VIQD